"Araz-Naxçıvan" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə iki yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilk sınaq matçında sentyabrın 27-də "İmişli" ilə qarşılaşacaq.

 

Görüş saat 16:00-da Bakı Ooimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək.

 

Naxçıvan təmsilçisinin növbəti yoxlama oyunu isə oktyabrın 2-nə nəzərdə tutulub. Yuri maksimovu "sükan arxasına" dəvət edən kollektivin rəqibi "Neftçi" olacaq.

 

Qarşılaşmanın keçiriləcəyi məkan və başlama vaxtı barədə əlavə məlumat veriləcək.