UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə komandaların qrup mərhələsini hansı pillədə başa vuracağı ilə bağlı ehtimallar açıqlanıb. Sport24.az-ın məlumatına görə, bu barədə "Football Meets Data" məlumat yayıb.

D Liqasının 2-ci qrupunda mübarizə aparacaq Azərbaycan millisinin də turniri hansı pillədə başa vuracağı ilə bağlı ehtimallar müəyyənləşdirilib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektivin qrup lideri olmaq ehtimalı 56,2 faiz göstərilib. Millimizin qrupu ikinci pillədə başa vurmaq şansı 39,3 faiz, üçüncü yerdə qərarlaşmaq ehtimalı isə 4,5 faizdir.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində Litva və Lixtenşteynlə mübarizə aparacaq. Yığmamız ilk olaraq sentyabrın 27-də səfərdə Litva ilə qarşılaşacaq.