"Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə iki yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi sentyabrın 27-si "Karvan-Yevlax"l, oktyabrın 3-də isə Yaponiyanın U-20-si ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq.