Xavi Ernandes iki il dörd aylıq fasilədən sonra məşqçilik fəaliyyətinə qayıdır. Sport24.az xəbər verir ki, İspaniyalı mütəxəssis Niderland millisinin baş məşqçisi kimi ilk oyununa bu gün Almaniyaya qarşı keçiriləcək matçda çıxacaq. "Amsterdam Arena"da baş tutacaq qarşılaşma həm Xavi, həm də Almaniya yığmasının yeni baş məşqçisi Yurgen Klopp üçün ilk sınaq olacaq.
"Narıncılar" bu qarşılaşmada Memfis Depay və zədəli Frenki de Yonqdan yararlanmayacaq.
Xavinin ilk məşqlərdən sonra komandanın texniki imkanları ilə yanaşı, fiziki hazırlığından da razı qaldığı bildirilir. Mütəxəssis bunu öz oyun fəlsəfəsini formalaşdırmaq üçün əsas amillərdən biri hesab edir.
Qeyd edək ki, Niderland – Almaniya qarşılaşması bugün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.