"Murov Az Terminal" heyətinə yeni legioner cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Seneqallı voleybolçu Seriqne Nqaqne qarşıdakı mövsümdə Azərbaycan klubunun formasını geyinəcək.

 

Qeyd edək ki, 31 yaşlı blokçu karyerası ərzində İsveç və İsveçrədə də legioner həyatı yaşayıb.