"Sumqayıt"la oyunda birinci və ikinci hissə arasında fərq var idi. Birinci yarıda baxımsız oyun sərgilədik və istədiyimiz futbolu göstərə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Əli Səmədov deyib.

Gəncətəmsilçisinin kapitanı komandasının Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt"la heç-heçə etdiyi oyun haqda fikirlərini bölüşüb:

"Fasilədən sonra isə daha yaxşı oynadıq, daha çox qol epizodlarımız oldu. Son dəqiqələrdə 100 faizlik qol imkanını da qaçırtdıq. Təəssüf ki, ilk hissənin sonlarında zədələndiyim üçün əvəzlənməli oldum. Qarşıdakı 2-3 həftədə yaşıl meydanlardan kənarda qalacağam deyə məyusam. Məncə, "Sumqayıt"la qarşılaşmada 1 xal qazanmadıq, 3 xal itirdik. Çünki ikinci hissədə qalib gəlmək üçün kifayət qədər şanslarımız oldu. Təəssüf ki, həmin epizodlardan istifadə edə bilmədik. Ümumilikdə isə 5 oyuna 7 xal qazanmağımızı pis nəticə hesab etmirəm. Hazırda turnir cədvəlində 7-ci sırada qərarlaşmışıq və qarşıda bizi çoxlu oyun gözləyir. Unutmayaq ki, uğurlu çıxışımızda əsas pay sahiblərindən biri doğma azarkeşlərimizdir. Onların dəstəyi futbolçularda əlavə motivasiya yaradır. Məşqçi və futbolçular olaraq hədəfimizin nə olduğunu bilirik".


Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" matçı 1:1 hesablı bərabərliklə başa çatıb.