UEFA Millətlər Liqasında I tura start verilib. Sport24.az xəbər verir ki, turnir çərçivəsində müxtəlif liqalar üzrə ilk matçlar keçirilib.

 

A Liqasında Norveç öz evində Erlinq Haalandın dublu ilə Danimarkanı 3:2 hesabı ilə məğlub edib. Portuqaliya öz meydanında Uelsi 1:0 hesabı ilə üstələyib. Almaniya səfərdə Niderlanda 2:0 hesabı ilə qalib gəlib. Yunanıstan isə Serbiya səfərindən 2:1 hesablı qələbə ilə dönüb.

 

B Liqasında Avstriya öz evində İsraili 3:1, Kosovo isə İrlandiyanı 1:0 hesabı ilə məğlub edib. D Liqasında Malta səfərdə Andorranı 2:1, Litva isə Lixtenşteyni 2:0 hesabı ilə üstələyib.

 

Qeydə alınan nəticələr:

UEFA Millətlər Liqası

I tur

A Liqası

Niderland – Almaniya 0:2

Qollar: Feliks Nmeça, 32, Kodi Qakpo, 90+2

Serbiya – Yunanıstan 1:2

Qollar: Andriyan Jivkoviç, 4 – Xristos Tzolis, 74, Anastasios Duvikas, 90+4

Norveç – Danimarka 3:2

Qollar: Oskar Bobb, 14, Erlinq Haaland, 18, 74 – Mikkel Damsqor, 25, Rasmus Hoylund, 60

Portuqaliya – Uels 1:0

Qol: Joao Feliks, 22

B Liqası

Avstriya – İsrail 3:1

Qollar: Romano Şmid, 43 (pen.), Fillipp Mvene, 90, Saşa Kalayciç, 90+3 – Sayed Abu Farxi, 55

Kosovo – İrlandiya 1:0

Qol: Vedat Muriqi, 83

D Liqası

Andorra – Malta 0:2

Qollar: Giyom Lopes, 17 – İrvin Kardona, 36, Teddi Teuma, 81

Lixtenşteyn – Litva 0:2

Qollar: Lukas Mixelbrink, 53, Artur Doljnikov, 66