"Barselona" və İspaniya millisinin vingeri Lamin Yamal, həm klubda, həm də millidə komanda yoldaşı olan Pau Kubarsinin "Kopa" mükafatını qazanmağa layiq olduğunu bildirib. Sport24.az xəbər verir ki, gənc ulduz bu barədə "Barça Universal"-a açıqlama verib:
"Pau Kubarsinin "Kopa" mükafatını qazanmaması çox qəribə olardı. Fikrimcə, Kubarisi ötən il dünyanın ən yaxşı gənc oyunçusu idi. Həmin mükafat – hətta 'Qızıl Top' (Ballon d'Or) belə ona verilməlidir. Aramızda heç bir fərq yoxdur.
"Kopa" mükafatını qazananda Pauya demişdim ki, növbəti qalib o olacaq. Əgər hansısa səbəbdən onu qazana bilməsə, öz mükafatımı ona verəcəm".
Qeyd edək ki, "Kopa" 21 yaşa qədər olan ən yaxşı gənc oyunçuya verilən illik mükafatdır.