Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma IX turda Ermənistanla qarşılaşır.

 

Xanımlar isə Çexiya millisi ilə üz-üzə gəlir.

 

Qeyd edək ki, geridə qalan VIII turdan sonra kişilərdən ibarət millimiz 13 xal toplayaraq 5-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət yığma isə 11 xalla 21-ci yerdədir. İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət yarışa sentyabrın 27-də yekun vurulacaq.