İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və İspaniya La Liqası bu gün FİFA-da idarəetmə islahatlarının aparılmasına çağıran birgə bəyanat yaymağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Avropanın aparıcı liqalar əsas məsələlərlə bağlı daha geniş məsləhətləşmələr aparılmasını və qərarların qəbulu prosesində maraqlı tərəflərin daha əhəmiyyətli rol oynamasını tələb etməyi planlaşdırırlar. Bəyanatda FİFA prezidenti Canni İnfantinonun istefasının tələb olunub-olunmayacağı hələlik məlum deyil.
"Köhnə qitə"nın aparıcı çempionaları FİFA-nın beynəlxalq oyun təqvimi ilə bağlı siyasətindən narazıdır. Liqalar oyun sayının artmasından və milli səviyyəsində turnirlərinin sayının artmasından narahatdırlar.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası həddindən artıq sıx hesab etdiyi beynəlxalq oyun təqvimi ilə əlaqədar Avropa Komissiyasına FİFA-dan şikayət etmişdi.