PSJ "France Football" nəşrinin "Ballon d'Or" (Qızıl Top) mükafatına namizədlərə həsr olunmuş məqaləsindən narazıdır. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. 

 

Mənbəyə əsasən, Paris klubu nəşrə Fabian Ruis, Xviça Kvaratsxeliya və Usman Dembeledən müsahibə götürməyə icazə verib. Lakin nömrə işıq üzü gördükdən sonra PSJ məqalədə əsas diqqətin Kilian Mbappeyə yönəldiyini müşahidə edib.

 

Klub nümayəndələri öz narazılıqlarını "Ballon d'Or" mükafatını təqdim edən "France Football"un redaksiya heyətinə çatdırıblar.

 

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 26-d London keçiriləcək. Bu tədbir mükafatın tarixində sayca 70-ci olacaq.