Bu gün U-21 Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, komandamız "doğma divarlar" arasında Çexiya yığması ilə qarşılaşır.

 

Görüş maszırdakı "Bank Respublika Arena"da keçiriləcək.

 

İrlandiyalı baş hakim Aaron Odoudun idarə edəcəyi oyunun start fiti saat 17:45-də səslənəcək.

 

Qeyd edək ki, U-21 seçmə mərhələdə növbəti matçlarını sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariq millilərinə qarşı keçirəcək.