"Zirə" minifutbol üzrə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 final mərhələsində Monteneqronun "Sbbet" komandası ilə qarşılaşıb.

 

Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Zirə" rəqibini məğlub edərək adını 1/4 finala yazdırıb.

 

Azərbaycan təmsilçisinin növbəti mərhələdəki rəqibi hələlik məlum deyil.

 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.