"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisində 2025/26-cı il mövsüm üçün "ilin oyunçusu" seçilib. Sport24.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Qalib İngiltərə yığmasının rəsmi tətbiqində azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyən edilib. Bellinqem bu ada ardıcıl ikinci mövsümdür ki, layiq görülür.
2025/26-cı il mövsümündə Cud İngiltərə millisinin heyətində keçirdiyi 12 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Bu nəticələrin hamısı 2026-cı il Dünya Çempionatı zamanı qeydə alınıb.
Qeyd edək ki, Bellinqemin DÇ-2026-da vurduğu vurduğu 7 qolu ingiltərəli futbolçular arasında böyük turnirlərdə qeydə alınan rekord göstərici olub.