Almaniya millisi itkilərlə üzləşib. Sport24.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Camal Musiala və hücumçu Kay Haverts zədə səbəbindən düşərgəni tərk edib.
Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
Musiala Millətlər Liqasında Niderlandla matçın oyunöncəsi məşqində, Haverts isə görüş zamanı zədə alıb.
Qeyd edək ki, Almaniya millisi Niderlandla heç-heçə edib – 1:1. Milli sentyabrın 27-də və oktyabrın 4-də Yunanıstan, oktyabrın 1-də isə Serbiya ilə qarşılaşacaq.