"Mançester Siti"nin maliyyə qaydalarını pozması ilə bağlı araşdırmada yeni məlumat ortaya çıxıb. Sport24.az xəbər verir ki, "şəhərlilər"in 115 ittiham bəndindən 114-də təqsirli bilindiyi iddia olunur.
Klub üçün yekun cəzanın hələ müəyyənləşdirilmədiyi bildirilir. Mümkün sanksiyalar arasında pul cəriməsi, xal silinməsi və hətta "Mançester Siti"nin İngiltərə Premyer Liqasından xaric edilməsi də nəzərdən keçirilir.
"Mançester Siti"nin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. Klub rəhbərliyi daha əvvəl maliyyə pozuntuları ilə bağlı bütün ittihamları rədd edib və haqlı olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, "Mançester Siti" 2026/27 mövsümündə 5 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.