Üç qat dünya çempionu paracüdoçumuz İlham Zəkiyev sabah Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında tatamiyə çıxacaq. Sport24.az xəbər verir ki, təcrübəli idmançı dünya çempionatında səkkizinci dəfə mübarizə aparacaq.

 

Qeyd edək ki, İlham Zəkiyev üçqat Paralimpiya çempionu, 10 qat Avropa çempionu və 2015-ci il Avropa Oyunlarının qalibidir. O, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi və 7-ci dan sahibidir. Zəkiyev həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.