"Formula-1" üzrə Azərbaycan Qran-prisi "Mercedes" komandasının pilotu Corc Rassellin qələbəsi ilə yekunlaşıb. Sport24.az xəbər verir ki, yarışı pouldan başlayan britaniyalı sürücü Bakı Şəhər Halqasındakı 51 dövrəlik gərgin mübarizəni birinci sırada tamamlamağı bacarıb.
Mərhələnin sonlarına doğru Rassell "Red Bull"un pilotu Maks Ferstappenin kəskin təzyiqi ilə üzləşsə də, liderliyini sonadək qoruyub. Finiş xəttində iki sürücünü cəmi 0,1 saniyəlik fərq ayırıb. Bu nəticə Rassell üçün cari mövsümdə qazanılan üçüncü qələbə kimi tarixə düşüb.
Fəxri kürsünün üçüncü pilləsinə "Red Bull"un digər təmsilçisi İsak Ajar qalxıb. Şarl Lekler 4-cü, çempionatın ümumi lideri Kimi Antonelli 5-ci, Lyuis Hemilton isə 6-cı sırada finiş görüblər. Yekun "xallı zona"nı Arvid Lindblad, Esteban Okon, Oliver Berman və Karlos Sayns tamamlayıblar.
Azərbaycan Qran-prisinin ilk "10-luğu":
- Corc Rassell — Mercedes
- Maks Ferstappen — Red Bull
- İsak Ajar — Red Bull
- Şarl Lekler — Ferrari
- Kimi Antonelli — Mercedes
- Lyuis Hemilton — Ferrari
- Arvid Lindblad — Racing Bulls
- Esteban Okon — Haas
- Oliver Berman — Haas
- Karlos Sayns — Williams