"Yuventus" yanvar transfer pəncərəsində "Barselona"nın müdafiəçisi Alexandro Baldeni icarəyə götürməyi düşünür. Sport24.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisi bu mövsüm cəmi 12 dəqiqə oynayıb və rəqabətdə Xavi Esparto ilə Joao Kanseloya uduzub.

 

Turin təmsilçisi sol ayaqlı müdafiəçi axtarır və artıq Baldenin mümkün transferini araşdırıb.

 

22 yaşlı futbolçunun "Barselona" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.