"Liverpul"un yeni idman direktoru məlum olub. Sport24.az xəbər verir ki, Julian Uord bu posta təyinat alıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Uord 2012-2023-cü illərdə "Liverpul"da çalışıb. O, bu müddətdə skautinq şöbəsinin rəhbəri, icarəyə verilmiş futbolçularla iş üzrə direktoru olub.

 

Uord "Liverpul"a qayıdışında bir müddət əvvəl vəzifəsindən ayrılan Riçard Haqsı əvəzləyib.