Minifutbol üzrə Azərbaycan təmsilçisi "Buxar Sumqayıt" EMF Avropa Kubokundakı ilk qarşılaşmasına çıxıb. Sport24.az xəbər verir ki, İspaniyanın Kambrils şəhərində keçirilən turnirdə komandamız Polşanın "Aldak 422" kollektivi ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində baş tutan görüş "Buxar Sumqayıt"ın 2:4 hesablı uğursuzluğu ilə yekunlaşıb.
Komandamızın heyətində qollara 4-cü dəqiqədə Emil Hənəzadə və 39-cu dəqiqədə Ramil Orucov imza atıblar.