Litva Futbol Federasiyası milli komandanın cinah müdafiəçisi Piyus Şirvisin UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçiriləcək matçda iştirak etməyəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, Sloveniyanın "Selye" klubunda çıxış edən futbolçu zədə səbəbindən sıradan çıxıb.

 

Litva millisi Millətlər Liqasına uğurlu start verərək səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib. Şirvis həmin qarşılaşmada 61 dəqiqə meydanda olub.

 

Litva və Azərbaycan yığmaları arasında keçiriləcək matç bazar günü Kaunas şəhərindəki Darias və Girenas stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

İlk turdan sonra Litvanın aktivində 3 xal var. Azərbaycan milli komandası üçün isə Kaunasdakı duel bu Millətlər Liqası tsiklində ilk rəsmi sınaq olacaq.