Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununa çıxır. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv D divizionunun 2-ci qrupunda səfərdə Litva ilə qarşılaşır.

 

Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

 

Kaunasdakı "Darius və Girenas" stadionunda baş tutan görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcəklər.

 

Qeyd edək ki, bu matç millimizin Litva yığmasına qarşı tarixdə 4-cü qarşılaşması olacaq. İndiyədək keçirilən 3 görüşün hamısı yoldaşlıq xarakteri daşıyıb. Əvvəlki 3 oyunda yığmamız 1 qələbə qazanıb, 1 dəfə məğlub olub və 1 heç-heçə edib.

 

UEFA Millətlər Liqası

D divizionu, 2-ci qrup

I tur

17:00. Litva - Azərbaycan

 

Hakimlər: Menelaos Antoniou, Pavlos Georgiou, Eraklis Komodromos, Konstantinos Fellas yerinə yetirəcək (hamısı Kipr)

VAR: Marios Kristoforou (Kipr)

AVAR: Dimitris Solomou (Kipr)

Kaunas. "Darius və Girenas" stadionu