Norveç millisinin futbolçusu Martin Edeqor açıqlama verib. Sport24.az xəbər verir ki, insayder Fabrizio Romanoya danışan mütəxəssis "Real"da çıxış etdiyi vaxtlarda komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətindən söz açıb:
"Ronaldo mənim üçün nümunədir. O, çox mehriban idi və mənə kömək edirdi. Ronaldonun etdiklərini heç vaxt unutmayacağam.
Hər futbolçu onunla bir komandada olmağı arzulayır. Eyni mühiti bölüşmək, birlikdə meydana çıxmaq möhtəşəm idi".
Qeyd edək ki, hazırda "Arsenal"da forma geyinən Edeqor 2021-2025-ci illərdə "Real"da çıxış edib. O, Madrid təmsilçisində cəmi 11 oyunda iştirak edib.