"Özünə klub tapa bilməyən tək futbolçu Coşqun Diniyev deyil. Futbolda belə hallar kifayət qədər olur". Bu sözləri Sport24.az-a açıqlamasında Tural Əsgərov deyib.

Tanınmış menecer Azərbaycan millisinin sabiq futbolçusu Coşqun Diniyevin klubsuz qalmasını şərh edib. O, belə vəziyyətin futbolda normal hal olduğunu və bunun futbolçunun gələcək karyerası ilə bağlı mənfi nəticə çıxarmağa əsas vermədiyini bildirib:


"Müəyyən dönəmlərdə müxtəlif səbəblərdən futbolçular klubsuz qala bilər.  Bu, onların karyeralarının başa çatdığı və ya artıq özlərinə klub tapa bilməyəcəkləri anlamına gəlmir. Bəzən uyğun təklifin gəlməsi, futbolçunun özü üçün doğru seçim etməsi və müəyyən məsələlərin razılaşdırılması vaxt aparır. Coşqunun da qarşıda hələ kifayət qədər vaxtı var və o, özünə klub tapa bilər. Azad agent statusu daşıyan futbolçular üçün "transfer pəncərəsi" açıqdır. Əsas məsələ onun üçün həm futbol, həm də şəxsi planları baxımından uyğun variantın ortaya çıxmasıdır.

Coşqunun hazırda nə düşüyündüyü, hansı qərarı vermək istədiyini bilmirəm. Bunları ən yaxşı halda özü açıqlaya bilər. Yalnız onu deyə bilərik ki, bu prosesdə səbirli olmaq lazımdır. Ümid edək ki, qarşıdakı günlərdə onun üçün yaxşı bir variant ortaya çıxacaq və sonda hər şey Coşqun Diniyev üçün yaxşı olacaq".

Qeyd edək ki, Diniyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"da çıxış edib.