Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

 

-100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

 

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.

 

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.