Almaniyada Şimal-Şərq Regional Liqasının 10-cu turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfat Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su evdə "Maqdeburq-2"ni 4:1 hesabı ilə darmadağın edib.
Dadaşov start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. O, matç ərzində dubl edib.
Hazırda "Dinamo" 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.