"Brayton"un futbolçusu Paskal Qross Almaniya millisindəki karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü açıqlamasında deyib.
35 yaşlı 2023-cü ildə yığmada debüt edib. O, millidə 19 oyunda 1 qol vurub.
Qross bu mövsüm "Brayton"da 5 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.