"Yuventus" "Atalanta"nın qolkiperi Marko Karneseçkini heyətinə qatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, "qoca sinyora"  26 yaşlı qapıçı üçün hərəkətə keçib.

 

"Atalanta" isə qolkiperinə görə 50 milyon avro istəyir. Hələ ki maliyyə məsələsində tərəflər arasında razılıq əldə edilməyib.

 

Onun Berqamo təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

 

Qeyd edək ki, 26 yaşlı qapıçı "Atalanta"nın yetirməsidir və icarə əsasında "Trapani", "Kremoneze"də çıxış edib.