Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 6-cı yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə keçiriləcək.
Günün ilk matçı Şamaxıda baş tutacaq. Bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Aktivinə 6 xal olan meydan sahibləri 5 turdan sonra 6 xalla turnir cədvəlinin 6-cı, qonalqr isə 2 xalla 11-ci pillədə yer alıb. Söylənilənlərə inansaq, komandanın uğursuz çıxışı Naxçıvan təmsilçisinin baş məşqçisi Cavid Hüseynovun kreslosunu laxladıb. "Qırmızı-qağlar" bu gün də uğursuzluğa düçar olacğı təqdirdə Hüseynovun postundan uzaqlaşdırıldığı xəbəri yayılsa, bu heç də gözlənilməz olmayacaq.
Qeyd edək ki, matçın start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
16:30. "Şamaxı" - "Araz-Naxçıvan" 0:0 (Birinci hissə)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı. şəhər stadionu.
"Şamaxı": 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu
"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 7. Rövlan Muradov 26. Ömər Buludov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 5. Luka Dumançiç 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 8. Mustafa Əhmədzadə 22. Rəşad Həsənov 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 12. Bruno Franko 10. Şarl Boli 19. Abdallah Sudi