Bu gün II Liqada IV tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Şirvan" öz meydanında "Şəki"ni qonaq edir. "Ağstafa Gəncləri" isə ev oyunlarını Şamaxıda keçirən "Marafon"la üz-üzə gəlir.
3 turdan sonra "Şirvan" 9 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Marafon" 7 xalla ikincidir. Aktivində 6 xal olan "Ağstafa Gəncləri" 4-cü, "Şəki" 3 xalla 11-ci pillədə yer alıb.
II Liqa
IV tur
15:30. "Şirvan" - "Şəki"
16:00. "Marafon" - "Ağstafa Gəncləri"
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.