Cud Bellinqem "Real" ilə müqaviləsini uzatmaq üzrədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Yeni müqavilə 2032-ci ilə qədər qüvvədə olacaq. 23 yaşlı ingilis futbolçunun hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Bellinqem 2023-cü ildən "Kral klubu"nun formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 147 oyunda 49 qol vurub və 36 məhsuldar ötürmə edib.