"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Meyni karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, PSJ ingiltərəli futbolçunun xidmətində maraqlıdır.

 

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

Baş məşqçi Luis Enrike Meynunu komandasında görmək istəyir. İspaniyalı mütəxəssis 21 yaşlı orta xətt oyunçusunu Fabian Ruisin uzunmüddətli davamçısı kimi düşünür.

 

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.