"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv turnirin 2-ci təsnifat mərhələsinin cavab oyununda Xorvatiya təmsilçisi "Dinamo" ilə üz-üzə gəlib.

 

Zapreşiç şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 7:0.

 

Bakıda gerçəkləşən ilk görüşdə 1:2 hesabı ilə udazan "Qarabağ"ın U-19 komandası turnirlə vidalaşıb.

 

"Sabah"ın U-19 komandası da UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib. Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda 4-cü turda səfərdə Norveç təmsilçisi "Vikinq"lə qarşılaşıb.

 

"Sandnes Ulf Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Sabah"ın U-19 komandası növbəti matçını noyabrın 25-də "Barselona"ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandalarına məğlub olub.