"Barselona" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Rodri zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rodrinin duumu tibbi müayinədən sonra bilinəcək. O, La Liqada həftəsonu "Atletiko"ya qarşı keçiriləcək matçı buraxa bilər.
İspan futbolçu bu mövsüm çempionatda 10 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Atletiko" – "Barselona" oyununa saat 00:00-da start veriləcək.