Aleksey Batrakovdan sonra daha bir rusiyalı futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, söhbət ÇSKA-da çıxış edən Matvey Kislyakdan gedir.

 

Bu barədə "Akşam" nəşri məlumat yayıb.

 

"Beşiktaş" 21 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. İstanbul nəhəngi yayda da heyətinə qatmaq istədiyi Kislyak üçün qış transfer pəncərəsi zamanı yenidən hərəkətə keçəcək.

 

Moskva klubu 2019-cu ilin yayına kimi müqaviləsi olan istedadlı futbolçu üçün 30 milyon avro təzminat tələb edir. Gənc oyunçu ilə "Monako", "Qalatasaray" və "Trabzonspor" da yaxından maraqlanır.

 

Qeyd edək ki, Matvey Kislyak ÇSKA-nın yetirməsidir. Rusiya millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.