UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Vikinq"lə (Norveç) qarşılaşacaq "Sabah"ın növbəti mərhələyə yüksəlmək şansları açıqlanıb. Sport24.az xəbər verir ki, "Football Meets Data" Azərbaycan çempionunun pley-offa vəsiqə qazanmaq ehtimalını hesablayıb.

 

Məlumata görə, "bayquşlar"ın ilk "24-lük"də yer almaq şansı cəmi 6,8 faizdir.

 

"Sabah"ın 36 komanda arasında gözlənilən orta yekun mövqeyi isə 32-ci pillədir.

 

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv hazırda 3 xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb. Bu gün Norveçdə qazanılacaq qələbə isə mövcud proqnozları alt-üst edə bilər.