Azərbaycan I Liqasında bu gün keçirilməli olan "Mingəçevir" – "Şahdağ Qusar" matçı baş tutmayıb. Sport24.az xəbər verir ki, buna səbəb ev sahibi komandanın meydana çıxmaması olub.

 

Görüş saat 15:00-da planlaşdırılırdı.

 

"Mingəçevir"də bir müddətdir, futbolçular maaş almadıqları üçün narazılıqlarını bildirirdi. Oyunçular buna etiraz olaraq boykot qərarı verib və matça çıxmayıb.

 

AFFA İntizam Komitəsi bölgə klubuna oyun baş tutmadığı üçün texniki məğlubiyyət verəcək.

 

Qeyd edək ki, "Mingəçevir" 6 turdan sonra 4 xalla 10 komanda arasında 8-cidir.