"Real"ın Direktorlar Şurası ispan tennisçi Rafael Nadalı şura üzvü təyin etməyi təklif edib. Sport24.az xəbər verir ki,  bu barədə klubun rəsmi saytı məlumat yayıb:

 

"Bu gün keçirilən iclasda "Real"ın Direktorlar Şurası, klubun 67 778 nömrəli üzvü Rafael Nadal Pareranın şuraya yeni üzv kimi təyin edilməsi barədə təklifi Nümayəndələr Baş Assambleyasına təqdim etmək qərarına gəlib.

"Real"ın fəxri üzvü olan Rafael Nadal idman tarixinin ən böyük əfsanələrindən biri, eyni zamanda dünyada ən çox hörmət edilən və tanınan ispan idmançılarındandır. 

Həm idmançı, həm də şəxsiyyət kimi böyük nüfuza malik olan, İspaniya və dünya idmanında qəbul olunmuş bir simanın Direktorlar Şuramıza qoşulması və klubumuzun bu günü ilə gələcəyinə öz töhfəsini verəcək olması "Real" və bütün "madridistalar" üçün böyük şərəfdir".

 

Qeyd edək ki, Nadal karyerası ərzində ümumilikdə, 92 fərdi titul - 22 dəfə Böyük Dəbilqə (Grand Slam), iki dəfə Olimpiya qızılını, İspaniya millisi ilə beş "Devis Kuboku"nu (Davis Cup) qazanıb. O, uzun müddət dünya reytinqində birinci pillədə qərarlaşıb.