Kolumbiyalı qapıçı David Ospina 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Karyerası ərzində "Atletiko Nasional" (Kolumbiya), "Nitsa" (Fransa), "Arsenal" (İngiltərə), "Napoli" (İtaliya) və "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klublarının formasını geyinən qapıçı London təmsilçisi ilə iki dəfə İngiltərə Kubokunun, üç dəfə isə ölkə Superkubokunun qalibi olub. "Napoli"nin heyətində isə İtaliya Kubokunu qazanıb.

 

Kolumbiya millisində 131 oyun keçirən Ospina 2024-cü ildə Amerika Kubokunun gümüş, 2016 və 2021-ci illərdə isə bürünc medalına sahib çıxıb.

 

Qeyd edək ki, qapıçı 2026-cı ilin yayında Meksikanın "Atletiko" klubu ilə müqavilə imzalasa da, dirsək zədəsinin yenidən təkrarlanması səbəbindən komandada heç bir oyuna çıxmayıb.