"Şamaxı" klubunun heyətində çıxış edən Abdul Raşid Mumini milli komandasından dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayb.

 

Misli Premyer Liqası təmsilçisinin 22 yaşlı müdafiəçisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikasına qarşı keçiriləcək oyunlar üçün Benin yığmasının iştirak ərizəsinə daxil edilib.