Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürür. Sport24.az xəbər verir ki, ölkəmizi baş məşqçi Fərhad Rəcəblinin rəhbərliyi altında 30 cüdoçu təmsil edəcək.

 

Qeyd edək ki, dünya çempionatında 65 ölkədən 1347 cüdoçu mübarizə aparacaq. Yarışa sentyabrın 24-də yekun vurulacaq.