Türkiyə liqasının 6-cı turunda "Trabzonspor"a 0:4 hesablı ağır məğlubiyyətdən sonra, FİFA referisi və hazırda həm də futbol şərhçisi kimi fəaliyyət göstərən Əhməd Çakar "Qalatasaray"ın baş məşqçisi Okan Buruku tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə GZT-yə açıqlama verib:

 

"Okan Buruk, utanmalısan, qardaş. Bu gecədən sonra artıq "Qalatasaray"ın baş məşqçisi olmaq üçün nə hüququn, nə potensialın, nə də emosional sabitliyin qalıb. Mətbuat konfransına məşqçi İrfanın – və ya başqa birinin – çıxması üçün bilərəkdən özünü meydandan qovdurdun. Belə biabırçı bir gecədən sonra mətbuatın qarşısına çıxa bilməzdin. Bunu jurnalistlərin qarşısına çıxmamaq üçün etdin.

Çünki əks halda, "ot çox uzun idi", "meydança sulanmamışdı", "oyun niyə bu saatda başladı" və s. kimi bəhanələrlə özünü gülünc vəziyyətə salmalı olacaqdın. Bu, artıq neçənci dəfədir baş verir? Bu vəziyyət daha nə qədər davam edə bilər?" 

 

Qeyd edək ki, Okan Buruk matçın 72-ci dəqiqəsindədə texniki zonadan qovulub.