Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 6-cı yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə keçiriləcək.
Günün ilk matçı Şamaxıda baş tutacaq. Bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Aktivinə 6 xal olan meydan sahibləri 5 turdan sonra 6 xalla turnir cədvəlinin 6-cı, qonalqr isə 2 xalla 11-ci pillədə yer alıb. Söylənilənlərə inansaq, komandanın uğursuz çıxışı Naxçıvan təmsilçisinin baş məşqçisi Cavid Hüseynovun kreslosunu laxladıb. "Qırmızı-qağlar" bu gün də uğursuzluğa düçar olacğı təqdirdə Hüseynovun postundan uzaqlaşdırıldığı xəbəri yayılsa, bu heç də gözlənilməz olmayacaq.
Qeyd edək ki, matçın start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
16:30. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı. şəhər stadionu.