Kosova Superliqasında 7-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Balkani"  komandasını qəbul edib.

 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

19 sentyabr

 

"Malişeva" - "Balkani" - 2:1

Qollar: D.İbişi, 56-avtoqol, M.Buşay, 87 - Berisha, 14

 

Qeyd edək ki, Vüsal İsgəndərli matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.