Misli Premyer Liqasının 6-cı turunun ikinci oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" azarkeşləri önündə "İmişli" ilə üz-üzə gəlir.
Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların oyununda heç şübhəsiz ki, favorit meydan sahibləridir. valdas Dambrauskasın komandasının bir oyunu təxirə salınsa da. turnir cədvəlinin 2-ci pilləsində ("Neftçi" dünən qələbə qazanıb) qərarlaşıb. "Bauyquşlar" müdafiədə etibarlı oynamaqla yanaşı, məhsuldar oyunu ilə də seçilir. Qonaqlar isə geridə qalan 5 turda cəmi bir qələbəyə sevinib və 4 xalla 8-ci yerdədir.
Qeyd edək ki, sabah keçiriləcək "Şamaxı" -"Araz-Naxçıvan" və "Kəpəz" - "Sumqayıt" oyunları ilə 6-cı tura yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:45. "Sabah" - "İmişli"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham ƏliyevMasazır. "Bank Respublika Arena".
"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 37. Du Keyros 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 16. Rauf Rüstəmli 11. Kahim Parris 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 18. Karlos Eduardo 23. Yunes Laşaab
"İmişli": 22. Sadiq Məmmədzadə 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 80. Deko
Ehtiyat oyunçular: 1. Yusif İmanov 99. İmam Əli 17. Seyxan Fərəcov 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 10. Dioqo Kardozu 7. Luis Silvestr 8. Xuan Hernandes 42. Sebai Senin