Misli Premyer Liqasının 6-cı turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. Qərb bölgəsinin təmsilçisi "doğma divarlar" arasında "Zirə"ni qəbul edir. Turnir cədvəlində qonşu olan komandaların oyununu turun mərkəzi qarşılaşması kimi dəyərləndirmək olar. Hazırda hesabında 10 xal olan "qartallar" 4-cü, "boz qurdlar" isə 8 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Neftçi" səfərdə "Qəbələni (3:0), "Qarabağ" isə öz meydanında "Şəfa"nı (1:0) məğlub edib.
Misli Premyer Liqası
I dövrə. VI tur
17:30. "Turan Tovuz" - "Zİrə" 0:0 (Birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz. Şəhər stadionu.
"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 23. Alexandro Serrano 90. Jo Batista 77. Vadji İbrahima 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 25. Denis Marandiçi 33. Filip Damyanoviç 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 3. Enrike Silva 15. Emmanuel Hakman 8. David Tavareş 28. Aleksa Yankoviç
"Zirə": 72. Hüseynəli Quliyev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato 21. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 27. Bayere Lue 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 9. Davit Volkov 10. Giorgi Papunaşvili 3. Dimitri Leqbo