"Qalatasaray" qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Ştutqart"da çıxış edən Ermedin Demiroviçdir.
Bu barədə "Fusball News" nəşri məlumat yayıb.
28 yaşlı forvard "Milan" və "Lids Yunayted" də yaxından maraqlanır. Almaniya klubu təcrübəli futbolçu üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, "Ştutqart" Ermedin Demiroviçi 2024-cü ilin yayında "Auqsburq"dan 23 milyon avroya transfer edib. Bosniya və Herseqovina millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 4 qol vurub.