Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Bukovina" səfərdə "Xarkov"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
7 turdan sonra 7 xal toplayan "Bukovina" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.