"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Sumqayıt təmsilçisi son klubu Təbriz təmsilçisi "Traktor"un qapıçısı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı isveçli futbolçu "16" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Malmö" yetirməsi olan Marko Yohansson karyerası boyunca "Hamburq", "Bohum", "Ayntraxt" (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.
Xatırladaq ki, "Sumqayıt" bu yay Emil Mustafayev ("Polissya", Ukrayna), Jeymes Almeyda ("Pasuş Fereyra", Portuqaliya), Jeam Oliveyra ("Kaşias", Braziliya), Lukas Blak (son klubu "Ferroviario", Braziliya), Renan Santana (son klubu "Famalikao", Portuqaliya) və Mamadi Banqreni ("Qrenobl", Fransa) heyətinə cəlb edib.